525.Az

Sekuta ABŞ mübadilə proqramlarının məzunları ilə görüşdü


 

Sekuta ABŞ mübadilə proqramlarının məzunları ilə görüşdü<b style="color:red"></b> ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ hökumətinin maliyyələşdirdiyi mübadilə proqramlarının 300-dən çox məzunu ilə görüşüb.
 
ABŞ səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, səfirliyin iqamətgahında keçirilən qəbulda yeni və keçmiş illərin məzunları iştirak edib.
 
Görüşdə 2016-2017-ci il üzrə “Alumni MAX” proqramının qaliblərinin adları açıqlanıb, 2016-cı ilin fəal məzunları mükafatlandırılıb.
 
Tədbirin qonağı ABŞ-ın “Matuto” musiqi qrupu olub. Qrupun Bakı, İsmayıllı, Mingəçevir və Gəncədə konsertləri planlaşdırılıb.
 
Qeyd olunub ki, Azərbaycanda ABŞ mübadilə proqramlarının 6000-ə yaxın məzunu var. Bu məzunların əksəriyyəti ABŞ-da əldə etdikləri bilik və təcrübənin sayəsində öz sahələrində aparıcı mütəxəssis olaraq yetişiblər və öz fəaliyyətlərində Azərbaycanın inkişafı üçün töhfələr verirlər.
 





24.09.2016    çap et  çap et