525.Az

Nuri Paşa ilə bağlı anım mərasimi keçiriləcək


 

Nuri Paşa ilə bağlı anım mərasimi keçiriləcək<b style="color:red"></b> Bu il sentyabrın 28-də İstanbulda Ədirnəqapı məzarlığında Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa ilə bağlı anım mərasimi keçiriləcək.
 
Bunu APA-nın Türkiyə bürosuna Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənvər Əroğan deyib.
 
O, Nuru Paşa ilə bağlı 17 il araşdırma aparıb, “Nuri Killigil” kitabını yazmış Atilla Orala təşəkkür edib.

Eyni zamanda Atilla Oralı Bakıya dəvət edib Azərbaycana tanıdan, “Nuri Killigil” kitabının imza mərasimini təşkil edən millət vəkili Qənirə Paşayevaya da təşəkkür edirəm". 

O xatırladıb ki, Nuru Paşanın məzarının bərpasına İstanbul Bələdiyyəsinin muzey və kitabxanalar müdiri Ramazan Minder dəstək verib.
 
Paşanın qardaşı nəvəsi Nuru Paşanın xatirəsinə sayğı göstərənləri anım mərasimində gözlədiyini də dilə gətirib.
 
Qeyd edək ki, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa 2 mart 1949-cu ildə İstanbulun Sütlücə səmtində özünün silah zavodunda baş vermiş partlayış nəticəsində həlak olub.

Nuru Paşanın meyitinin bir parçası 20 gündən sonra zavodun qabağındakı körfəzdən tapılaraq cənazə namazı qılınmadan dəfn edilib.

Sentyabrın 28-də Ədirnəqapı şəhidliyindəki mərasimdən sonra Nuru Paşanın cənazə namazı qılınacaq.
 





26.09.2016    çap et  çap et