525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Bakı və Abşeron yarımadasında sentyabrın 27-də hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.

Axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.
 
Şimal-qərb küləyi  gündüz arabir güclənəcək.
 
Havanın temperaturunun gecə  15-18° isti, gündüz  21-25° isti, Bakıda gecə  16-18° isti, gündüz  22-24° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək.
 
Nisbi rütubət gecə 70-80%, gündüz 55-65% təşkil edəcək.         
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
 
Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-16° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
 





26.09.2016    çap et  çap et