525.Az

Filarmoniyada “Musiqi çələngi”


 

Filarmoniyada “Musiqi çələngi”<b style="color:red"></b>

Sentyabrın 22-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Musiqi çələngi” adlı konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan konsertdə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri və C.Cahangirov adına xorun kollektivi çıxış edib. Konsertin bədii rəhbəri Əməkdar artist Ramil Qasımovdur.

Konsertdə Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüra, Nigarın ariyası, “Arşın mal alan operettası”ndan Gülçöhrənin ariyası, F.Əmirovun “Simfonik rəqslər”, “Sevil” operasından Balaşın nəğməsi, M.Maqomayevin “Şah İsmayıl” operasından Aslan şahın ariyası, Q.Qarayevin “Yeddi gözəl” baleti və başqa əsərlərdən fraqmentlər, xalq və bəstəkar mahnıları səsləndirilib.

 





26.09.2016    çap et  çap et