525.Az

Pensiyalarla bağlı qanunvericilik dəyişdirilir


 

Pensiyalarla bağlı qanunvericilik dəyişdirilir <b style="color:red"></b>

Azərbaycanda yaxın zamanlarda pensiyalarla bağlı qanunvericiliyə növbəti ciddi dəyişikliklərin ediləcəyi nəzərdə tutulur.

Bu haqda “525”ə açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
 
Hələlik bu məsələ haqda geniş danışmaq istəmədiyini desə də, komitə sədri eyni zamanda, pensiyalarla bağlı qanunvericiliyə edilməsi nəzərdə tutulan dəyişikliklərin mütərəqqi xarakter daşıdığını söyləyib:

“Zamanı gələndə bu barədə daha müfəssəl məlumat veriləcək. Ona görə də indidən bu barədə geniş danışmaq istəmirəm”.

Komitə sədri “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında” qanuna da dəyişikliklərin ediləcəyini bildirib:
 
“Bu məsələnin də yaxın zamanlarda müzakirəyə çıxarılması, sonra isə plenar iclasa tövsiyə edilərək qəbulu gözlənilir. Burada da çox vacib məsələlər var”.

Kamil HƏMİDOV

 





26.09.2016    çap et  çap et