525.Az

266-cı Papa - I Frensis


 

266-cı Papa - I Frensis<b style="color:red"></b>

Katolik dünyasının yeni lideri argentinalı Yorge Mario Berqoqlio olub.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Vatikanda Konklav 266-cı Roma Papasını seçib. Yeni Papa Frensis adıyla çağırılmaq istədiyini deyib. Bundan sonra o, I Frensis deyə çağırılacaq.

Seçildikdən sonra ilk çıxışını edən Berqoqlio "Tanrı üçün dua edək. Allah bizi cənnətinə qovuşdursun. Sizdən ilk istəyim səssizcə və birlikdə dua etməkdir. Mənim üçün də dua edin".

Argentinalı Berqoqlio Amerika qitəsindən seçilən ilk Papa olub. 76 yaşlı yeni Papa 1998-ci ildə Buenos-Ayresin baş yepiskopu olub, 2001-ci ildə isə kardinallğa yüksəlib.

Bir italyan dəmiryolçunun beş uşağından biri olaraq və 1936-cı ildə Buenos-Ayresdə dünyaya gələn Berqoqlio 1958-ci ildə kilsəyə qatılıb.Fəlsəfə, psixologiya və ədəbiyyat təhsili alan yeni Papa 1969-cu ildə rahib olub.

 





14.03.2013    çap et  çap et