525.Az

“Azərbaycanla bağlı ən böyük narahatlığım torpaqlarının işğal olunmasıdır”


 

“Azərbaycanla bağlı ən böyük narahatlığım torpaqlarının işğal olunmasıdır”<b style="color:red"></b> “Azərbaycanda bir neçə dəfə seçkini izləmişəm. Biz həmkarlarımızla fikir mübadiləsi apardıq və müşahidələr göstərdi ki, seçkilərin keçirilməsində keyfiyyət baxımından irəliləyişlər var”.
 
Bu sözləri APA-ya Belçika Konstitusiya Məhkəməsinin hakimi Jan-Pol Murman deyib.
 
O bildirib ki, indiyə qədər olan seçici fəallığı qənaətbəxşdir:

“Seçkilər həftənin birinci gününə təsadüf edir. Referendumda nəzərdə tutulmuş bəndlərdə müəyyən maddələrdə qruplaşdırılmalar aparılması daha məqsədəuyğun olardı. Bu məlumatlar da media və seçicilərlə paylaşılmalı idi. Mən edilən dəyişikləri şəxsən bəyənirəm.

Uzun müddətdir, Azərbaycana səfər edirəm. Artıq insanlarda etimad formalaşıb. Azərbaycanda demokratiya olduğu müddətdə onun yolu açıqdır. Azərbaycanla bağlı ən böyük narahatlığım torpaqlarının işğal olunması və beynəlxalq ictimaiyyətin buna laqeyd qalmasıdır”.
 





26.09.2016    çap et  çap et