525.Az

Ramiz Mehdiyevdən Venesiya Komissiyasının rəyinə münasibət


 

Ramiz Mehdiyevdən Venesiya Komissiyasının rəyinə münasibət <b style="color:red"></b> Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Venesiya Komissiyasının Konstitusiya dəyişikliyi ilə bağlı rəyinə münasibət bildirib.
 

APA-nın məlumatına görə, R. Mehdiyev VK-nın mövqeyinə münasibətinin mənfi olduğunu deyib:
 
"Onların rəyinə münasibətim mənfidir, çünki reallığa uyğun deyil. Onlar bizimlə müzakirə aparmayıblar. Biz onlara sənəd göndərməmişik, bizimlə heç bir müzakirə aparmadan qərar verib, tapşırıq əsasında belə rəy yayıblar. Referendum Azərbaycana çox şey verəcək. Ölkədə inkişaf edir, referendum da bu inkişafa uyğun olaraq keçirilir".
 





26.09.2016    çap et  çap et