525.Az

"Hərraca kifayət qədər valyuta çıxarılır"


 

"Hərraca kifayət qədər valyuta çıxarılır"<b style="color:red"></b> Azərbaycanın valyuta hərracına kifayət qədər valyuta çıxarılır. 
 
“APA-Economics”in məlumatına görə, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, valyuta hərracına çıxarılan vəsait tələbatı iki dəfə üstələyir.
 
“Bilirsiniz ki, sonuncu hərracda valyutaya tələbat təklifin yarısından da aşağı idi. Bu onu göstərir ki, dövlət tərəfindən valyuta bazarına lazım olan məbləğdə valyuta verilir. Hər hansı kəskin devalvasiya haqqında şayiə, məzənnənin kəskin korreksiyası haqqında şayiələrin hamısı əsassızdır”, - deyə E.Rüstəmov vurğulayıb.
 





26.09.2016    çap et  çap et