525.Az

Qırğızıstandakı səfirliyimizdə seçicilərin 93,44 faizi səs verib


 

Qırğızıstandakı səfirliyimizdə seçicilərin 93,44 faizi səs verib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsi (referendum) ilə bağlı Azərbaycanın Qırğızıstandakı səfirliyində seçicilərin səsverməsi yekunlaşıb.

525.az-ın məlumatına görə, səfirlik 16 saylı Yasamal seçki dairəsinin tərkibində yaradılmış 33 saylı referendum məntəqəsi kimi fəaliyyət göstərib.

Bişkekdə yaşayan, işləyən, səsvermə hüququ və konsulluq qeydiyyatında olan vətəndaşlarımız, hətta Bişkekdə ezamiyyətdə olan vətəndaşlarımız da səfirliyə gəlib referendumda iştirak ediblər.

Səfirlikdə keçirilən ümumxalq səsverməsində Qırğızıstanın Seçkilər və Referendumların Keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasının nümayəndəsi xanım Lyudmila Kutuyeva, beynəlxalq müşahidəçilər və Qırğızstanın kütləvi informasiya vasitələrinin nümayəndələri də olublar.

 





26.09.2016    çap et  çap et