525.Az

"Bu gün DESFA-nın taleyi həll olunur"


 

"Bu gün DESFA-nın taleyi həll olunur"<b style="color:red"></b>

Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev Yunanıstanın paytaxtı Afinada bu ölkənin baş naziri Aleksis Tsiprasla görüşəcək.

"APA-Economics" "Euro2day" portalına istinadən xəbər verir ki, görüşdə Yunanıstanın əsas qazpaylayıcı operatoru olan DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməsi müzakirə olunacaq. "DESFA-nın taleyinin həll olunacağı görüş Azərbaycan tərəfinin istəyi ilə baş tutacaq", - deyə portal yazır.
 
Bildirilir ki, R. Abdullayev həmçinin Yunanıstanın ətraf mühit və energetika naziri Panos Skurletislə də görüşəcək.

Xatırladaq ki, SOCAR DESFA-nın səhmlərinin 31%-ni Yunanıstan hökumətindən, 35%-ni "Hellenic Petroleum SA" şirkətindən alır. DESFA üzərində nəzarətin SOCAR şirkətinə verilməsinə qədər Yunanıstan şirkətinin səhmlər paketinə HRADF tərəfindən nəzarət edilir.
 
DESFA-nın özəlləşdirilməsi prosesinin yubanmasının əsas səbəbi Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu tərəfindən SOCAR-a qazpaylayıcı operatorun nəzarət paketinin ötürülməsi üzrə apardığı araşdırmalardır. Antiinhisar prinsiplərinə əsaslanan Yunanıstan dövləti SOCAR-ın səhm payının 17%-ni üçüncü tərəfə satmağını təklif edir. Səhm paketini İtaliyanın "Snam" şirkəti almaq niyyətindədir və bununla bağlı SOCAR-la danışıqlar aparılır.
 
Yeri gəlmişkən, ötən həftə SOCAR prezidenti bildirib ki, Azərbaycan tərəfi DESFA-nın özəlləşdirilməsi ilə bağlı Yunanıstan hökumətinin təklifini gözləyir: "Sentyabrın 30-dək Yunanıstan hökumətinin təklifini gözləyirik. Əgər tender proseduruna edilən dəyişikliklər qanuna zidd olarsa, bu, DESFA-nın özəlləşdirilməsini mənasız edəcək. Biz Yunanıstan hökumətindən açıqlama istəmişik, lakin açıqlama hələlik gəlməyib".

 





27.09.2016    çap et  çap et