525.Az

AŞPA missiyası Venesiya Komissiyasının rəyinə hörmətlə yanaşmağa çağırdı


 

AŞPA missiyası Venesiya Komissiyasının rəyinə hörmətlə yanaşmağa çağırdı<b style="color:red"></b> "Təəssüf edirik ki, Azərbaycan hökuməti Konstitusiya dəyişikliyi ilə bağlı rəy alınması üçün Venesiya Komissiyasına müraciət etməyib".
 
APA-nın məlumatına görə, bunu AŞPA-nın Azərbaycanda ötən gün keçirilmiş referendumla bağlı qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloski heyətin ilkin rəyini açıqlayarkən deyib.
 
O, nümayəndə heyətinin AŞPA bürosunun Venesiya Komissiyasına rəy üçün müraciət etməsini alqışladığını bildirib: "Biz Azərbaycan hökumətini Konstitusiya dəyişiklikləri ilə bağlı Venesiya Komissiyasının rəyinə hörmətlə yanaşmağa çağırırıq".
 
A. Nikoloski referendum kampaniyasi zamanı bir neçə aktivistin müxtəlif ittihamlarla saxlanılmasından təəssüfləndiklərini qeyd edib.
 
O, Azərbaycan hökumətinin bəzi fəalların azadlığa buraxılması ilə bağlı qərarını alqışladıqlarını da deyib, bu istiqamətdə növbəti addımların atılmasına çağırıb.
 





27.09.2016    çap et  çap et