525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b> Bakı və Abşeron yarımadasında sentyabrın 28-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
 
Havanın temperaturunun yarımadada gecə 15-18° isti, gündüz 19-22°, Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 85-95% təşkil edəcək.        
 
Sentyabrın 28-dən 29-u gündüzədək Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 29-da şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında dəyişkən hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
 
Azərbaycanın rayonlarında sentyabrın 28-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 4-9° isti, gündüz 10-15° isti olacağı gözlənilir.
 
Sentyabrın 28-dən oktyabrın 2-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
 





27.09.2016    çap et  çap et