525.Az

Azərbaycan və Rusiya helikopter təmiri mərkəzinin açılması üçün saziş imzaladı


 

Azərbaycan və Rusiya helikopter təmiri mərkəzinin açılması üçün saziş imzaladı<b style="color:red"></b>

"Rusiya helikopterləri" holdinqi və "Silk Way Helicopter Services" müəssisəsi Azərbaycanda "Mi-8/17" helikopterlərinin təmiri və onlara xidmət göstərilməsi üzrə xidmət mərkəzinin açılması haqqında saziş imzalayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında holdinq satış sonrası xidmət üzrə baş direktorunun müavini İqor Çeçikov məlumat verib.

Sənəd bu gün "ADEX-2016" sərgisi çərçivəsində imzalanıb.

Azərbaycan tərəfdən sənədi "Silk Way Helicopter Services" müəssisəsinin rəhbəri Azər Sultanov, Rusiya tərəfdən isə holdinq satış sonrası xidmət üzrə baş direktorunun müavini İqor Çeçikov imzalayıb.

İ.Çeçikovun sözlərinə görə, gələcəkdə bu mərkəzin Rusiya istehsalı olan müxtəlif növ hərbi helikopterlərin təmiri və onlara xidmət göstərilməsi üçün imkanlarının genişləndirilməsi məsələsi nəzərdən keçirilir. "Müvafiq danışıqlar artıq aparılır", - deyə o bildirib.

 





27.09.2016    çap et  çap et