525.Az

Türk dünyasından "Şeir çələngi"


 

Türk dünyasından "Şeir çələngi" <b style="color:red"></b>

Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) QHT-lərə Dövlət Dəstəyi Şurasının ayırdığı maliyyə ilə "Türk Dünyası gənc yazarlarının (əsərlərindən ibarət antalogiyanın nəşri və) Bakı Toplantısının keçirilməsi" adlı layihə həyata keçirib.

Bu çərçivədə bir sıra türksoylu ölkə və topluluğu təmsilən Bakıya gəlmiş araşdırmaçı-yazar və şair-tərcüməçinin iştirakı ilə keçirilmiş silsilə tədbirlərin  yekunu olaraq "QHT Nəşriyyatı"nda "Şeir çələngi" adlı antologiya işıq üzü görüb.

"Şeir çələngi"ndə iştirakçıların III Bakı Toplantısında öz ölkələrindəki ədəbi mühit, ədəbiyyat təsərrüfatının durumu, ədəbi gələnəklər və perspektivlərlə bağlı layihə çərçivəsində keçirilmiş toplantı və konfranslarda etdiyi məruzələrin mətni, eləcə də, gənc şairlərin şeirləri yer alıb.

Nəşrin I bölümündə Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Başqurdistan, Tatarıstan, Batı Trakiya və Təbriz ədəbi mühiti, adıkeçən ölkə, bölgə və şəhərdə mövcud ədəbiyyat təsərrüfatı, ədəbi əlaqələrlə bağlı 8 məruzə, II bölümündə isə Altay, Başqurdistan, Tatarıstan, Krım, Çuvaşıstan, Dağıstan, Qaquz Yeri, Türkmaneli (İraq), Əfqanıstan, Qazaxıstan, Qırğız Respublikası, Türkiyə və Azərbaycandan toplam, 54 yeni nəsil şairinin şeiri verilib.

 

 





27.09.2016    çap et  çap et