525.Az

Xamneyi Əhmədinejadın seçkidə iştirakına icazə vermədi


 

Xamneyi Əhmədinejadın seçkidə iştirakına icazə vermədi<b style="color:red"></b>

İranın sabiq prezidenti Mahmud Əhmədinejad növbəti prezident seçkilərində iştirak etməyəcək.
 
APA-nın Tehran bürosunun məlumatına görə, ali rəhbər ayətullah Xamneyinin M. Əhmədinejada namizədliyini irəli sürməməsi və cəmiyyətdə ikitirəliyə yol verməməsi ilə bağlı məsləhətindən sonra keçmiş prezident ali rəhbərə məktub yazıb.

O, məktubunda prezident seçkilərində namizədliyini irəli sürməyəcəyini bildirib: “İranın ali rəhbərinin göstərişi və məsləhətini yerinə yetirmək məqsədilə gələcək prezident seçkilərində iştirak etmək niyyətim yoxdur və namizədliyimi irəli sürməyəcəyəm”.

Qeyd edək ki, ötən gün ayətullah Xamneyi bildirib ki, Mahmud Əhmədinejada bu dövr üçün prezident seçkilərində iştirak etməməyi məsləhət görüb: “Onun namizədliyi məsləhət deyil”.
 
M. Əhmədinejad növbəti prezident seçkilərində Həsən Ruhaninin əsas rəqiblərindən hesab olunurdu. Seçkilər yaxın 8 ay ərzində keçiriləcək.

 





27.09.2016    çap et  çap et