525.Az

Almaniyada gecə klubu mədəniyyət ocağı statusu aldı


 

Almaniyada gecə klubu mədəniyyət ocağı statusu aldı<b style="color:red"></b>

Almaniyada gecə klubuna mədəniyyət ocağı statusu verilib.

AzərTAc “vergiler.az” saytına istinadla bildirir ki, ölkədə əyləncə və istirahət mərkəzləri, o cümlədən gecə klubları 19 faizlik vergi ödəyirlər.

Buna baxmayaraq, məhkəmə “Berghain” texnoklubuna fərqli status verərək onu mədəniyyət müəssisəsi kimi tanıyıb.

Berlin və Brandenburq şəhərlərinin maliyyə məhkəmələrinin qərarı ilə “Berghain” texnoklubu mədəniyyət müəssisələrinə aid edilib.

Bu qərar regional vergi müfəttişlikləri ilə klub arasında sürən uzun məhkəmə mübahisələrindən sonra qəbul edilib. Vergi orqanı əməkdaşlarının qənaətinə görə, qonaqları içki içən, rəqs edib şənlənən müəssisələr dövlət xəzinəsinə restoranlar kimi 19 faiz dərəcə üzrə vergi ödəməlidirlər.

Lakin “Berghain”in rəhbərliyi məhkəmədə sübut edə bilib ki, bu klub mədəniyyət ocağıdır, ölkədəki filarmoniyalar və muzeylər kimi güzəştli dərəcə ilə 7 faiz vergi ödəməlidir.

 





27.09.2016    çap et  çap et