525.Az

Türkiyədə MİT-in 87 əməkdaşı işdən uzaqlaşdırıldı


 

Türkiyədə MİT-in 87 əməkdaşı işdən uzaqlaşdırıldı<b style="color:red"></b> Türkiyədə FETÖ əməliyyatı çərçivəsində Milli İstihbarat (kəşfiyyat) Təşkilatının (MİT) 87 əməkdaşı vəzifədən uzaqlaşdırılıb.
 
APA-nın “Hüriyet”ə istinadən verdiyi məlumata görə, 15 iyul tarixindəki çevriliş cəhdindən sonra şübhə duyulan 141 MİT əməkdaşından 100-ü ilə bağlı aparılan araşdırma başa çatıb.

Onlardan 87-si orqandan xaric edilib. 52 nəfər haqqında hazırlanan dosye prokurorluğa göndərilib.
 
İşdən uzaqlaşdırılanların dövlət qurumlarında işə qəbulu qadağan olunub. 41 əməkdaş haqqında aparılan istintaq da yaxın günlərdə tamamlanacaq.
 





27.09.2016    çap et  çap et