525.Az

Nabi Avcı Azərbaycan alimləri və ədibləri ilə görüşdü - Fotoreportaj


 

Nabi Avcı Azərbaycan alimləri və ədibləri ilə görüşdü - <b style="color:red">Fotoreportaj</b>

Sentyabrın 27-də Milli Kitabxanada Türkiyənin mədəniyyət və turizm naziri professor Nabi Avcı ilə Azərbaycan alimləri və ədiblərinin görüşü keçirilib.
 

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonağı salamlayıb və giriş üçün Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevə söz verib.

Vaqif Əliyev Nabi Avcının çoxşaxəli fəaliyyətindən danışıb, ona yeni nailiyyətlər arzulayıb.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, millət vəkili Qənirə Paşayeva, yazıçı-publisist, millət vəkili Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyi Tərcümə bölməsinin rəhbəri, yazıçı Pərvin və başqaları iki qardaş ölkənin mədəni və ədəbi əlaqələrindən danışıblar.

Azərbaycanda Türk kitab evinin açılması təklif edilib.

Öz növbəsində Nabi Avcı Azərbaycan ziyalıları, yazıçı və şairləri ilə fikirlərini bölüşüb, görüş üçün təşəkkürünü bildirib.

Sonda qonağa “Azərbaycan Milli Kitabxanası. Fotoalbom”, “Qarabağ xanəndələri” və “Azərbaycan xalçaları. İərvan qrupu” kitabları hədiyyə edilib.

Nabi Avcı isə Azərbaycan Milli Kitabxanasına nəfis şəkildə çap olunmuş “Fatih divanı və şərhi” kitabını hədiyyə verib.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibləri Rəşad Məcid və İlqar Fəhmi, Birliyin Ədəbi Əlaqələr və Bədii Tərcüqmə Mərkəzinin sədri Səlim Babullaoğlu, Aşıqlar

Birliyinin sədri Məhərrəm Qasımlı, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, “Ulduz” və “Qobustan” jurnallarının baş redaktorları Qulu Ağsəs və Vaqif Əlixanov, şair Ənvər Əhməd və başqa söz adamları, eləcə də Milli Kitabxananın əməkdaşları, ayrı-ayrı kitabxanaların rəhbərləri iştirak ediblər.

 





27.09.2016    çap et  çap et