525.Az

“ABŞ referendumun nəticələrini tanıyır”


 

“ABŞ referendumun nəticələrini tanıyır”<b style="color:red"></b> ABŞ Azərbaycanda keçirilən referendumun nəticələrini tanıyır və dövlət rəhbərinin səlahiyyətlərinin müddətinə dair məsələyə müdaxilə etmək niyyətində deyil.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu brifinqdə Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner deyib.   
 
“Biz, bu demokratik prosesin hansı nəticələr verib-verməyəcəyi ilə bağlı nəyisə diqtə edə bilmərik. İstisna odur ki, pozuntular varsa - araşdırılmalı, qüsurlar varsa - tədqiq edilməli və aradan qaldırılmalıdır. Biz  səlahiyyət müddətinin məhdudlaşdırılmasını diqtə edə bilmərik”, - deyə Torner brifinq zamanı Azərbaycanda keçirilmiş referendumda qəbul olunan normaların demokratik olub-olmamasına dair suala cavabında bildirib. 
 
“ABŞ demokratik institutların fəaliyyətinin yaxşılaşdırılması istiqamətində bundan sonra da Azərbaycanla işləmək niyyətindədir”, - deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi əlavə edib.
 





28.09.2016    çap et  çap et