525.Az

Şimon Peres ölümündən qabaq orqanlarını bağışlayıb


 

Şimon Peres ölümündən qabaq orqanlarını bağışlayıb<b style="color:red"></b> İsrailin keçmiş prezidenti Şimon Peres ölümündən əvvəl könüllü olaraq bütün orqanlarını bağışlayıb.
 

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu onun həkimi və kürəkəni Rafi Valdman deyib.

O bildirib ki, ailəsi ölümündən sonra onun gözlərinin buynuz qişasının transplantasiyasına icazə verib.
 
Xatırladaq ki, İsrailin keçmiş prezidenti Şimon Peres bu gün 94 yaşında Təl-Əvivdə vəfat edib.
 





28.09.2016    çap et  çap et