525.Az

"Kim desə ki, zorakılıq problemi tam həll olunacaq..."


 

"Kim desə ki, zorakılıq problemi tam həll olunacaq..."<b style="color:red"></b>

Dünya miqyasında baxanda Azərbaycanda zorakılıqla bağlı vəziyyət daha yaxşıdır.

Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, komitəni ən çox narahat edən problemlərdən biri də zorakılıqla bağlıdır: “Azərbaycanda zorakılıqla bağlı vəziyyətin daha yaxşı olması bizə heç də imkan vermir ki, özümüzü rahat hiss edək. Azərbaycanda problemin həlli ilə bağlı çox böyük işlər görülsə də, bu işlər davamlı olmalıdır. Kim desə ki, zorakılıq problemi tam həll olunacaq, buna heç kim inanmaz. Çünki zorakılıq bütün dünyada mövcud olan bir problemdir. Ən yüksək səviyyəli yaşayan cəmiyyətlərdə, eləcə də ən geridə qalan cəmiyyətlərdə də bu problem var. Heç bir ailə deyə bilməz ki bu mənim problem deyil. Bu məsələ hər birimizə təsir edən problemdir. Cəmiyyətdə belə hallar olduqda, ilk öncə cəmiyyətin və dövlətin özünə təsir göstərir”.

H.Hüseynova deyib ki, zorakılıqla bağlı daha çox maarifləndirmə və profilaktik işlər görülməlidir.

Onun sözlərinə görə, müstəqilliyimiz bərpa edildikdən sonra ölkəmiz bu işə başlayıb: “Azərbaycanda bu məsələ ilə bağlı çox vacib qanunlar qəbul edilib. 2010-cu ildə ölkəmizdə qəbul edilən “Məişət zorakılığı” haqqında qanun böyük problemlər yaratmışdı. Bir çox insanlar bu qanun lazım olmadığını belə bildirirdilər. Lakin əhali bununla bağlı öz sözünü dedi. Burada əsas qanunun qəbul edilməsi deyil, onun işlək mexanizminin olmasıdır. Bununla bağlı çox böyük iş aparılıb”.

H.Hüseynova bildirib ki, “Gələcəyə Baxış: 2020” Konsepsiyasına əsasən, “Ailə strategiyası”, “Qadınların milli fəaliyyət planı”, “Uşaq starategiyası” hazırlanacaq, ailə psixoloqu institututu formalaşacaq: “Komitədə bununla bağlı sənədlər hazırlanır. Sənədlər hazır olduqdan sonra onlar ayrı-ayrı qurumlara göndəriləcək”.

 





28.09.2016    çap et  çap et