525.Az

Obama və Roma Papası Şimon Peresin dəfnində iştirak edəcəklər


 

Obama və Roma Papası Şimon Peresin dəfnində iştirak edəcəklər<b style="color:red"></b>

ABŞ prezidenti Barak Obama, Roma Papası Frantsisk yəhudi dövlətinin 9-cu prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün İsrailə gedəcək.

"Report" "Haaretz" qəzetinə istinadən xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi Misir, İordaniya və başqa ərəb dövlətlərinin təmsilçilərinin də mərasimə qatılacağını gözləyir.

Məlumata görə, dəfndə ABŞ dövlət katibi Con Kerri, bu ölkənin keçmiş prezidenti Bill Klinton və xanımı Hillari Klinton, Fransanın baş naziri Fransua Olland, Kanadanın baş naziri Castin Tryudo, Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Çarlzın da iştirakı gözlənilir.

Qeyd edək ki, İsrailin sabiq rəhbərinin ölüm xəbərini sentyabrın 28-də gecə saatlarında oğlu Nehemiya Peres Təl-Əviv yaxınlığındakı "Telxa-Şomer" klinikasında keçirdiyi mətbuat konfransında açıqlayıb. Ş.Peres sentyabrın 30-da dəfn olunacaq. 93 yaşında dünyasını dəyişən sabiq prezidentlə dövlət səviyyəsində vida mərasimi sentyabrın 29-da keçiriləcək.

 





28.09.2016    çap et  çap et