525.Az

"To be not To be" təqdim ediləcək


 

"To be not To be" təqdim ediləcək<b style="color:red"></b> Oktyabrın 4-ü, saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində "To be not To be" adlı qısametrajlı filmin təqdimatı olacaq.

525.az-ın məlumatına görə, filmin rejissoru Cavad Nur, aktyorlar isə Günəş Mehdizadə və Bəhruz Vaqifoğludur.
 
Ekran əsəri aborta həsr olunub. Bir neçə ideyanı birləşdirən filmdə ana xətt abort edilən uşaqların günahsız, cinayət qurbanı olduqlarını diqqətə çatdırmaqdır. 

Təqdimata giriş sərbəstdir.

Cavid QƏDİR
 





28.09.2016    çap et  çap et