525.Az

"Putin gələn ay Türkiyəyə səfər edə bilər"


 

"Putin gələn ay Türkiyəyə səfər edə bilər"<b style="color:red"></b> Rusiya prezidenti Vladimir Putin oktyabr ayında Türkiyəyə səfər edə bilər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
 
"Bu səfərin mümkünlüyünü istisna etmirəm. Hazırlıqlar başa çatandan sonra biz bu barədə müvafiq bəyanat verəcəyik", - deyə D. Peskov deyib.
 
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub.
 
Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
 





28.09.2016    çap et  çap et