Paytaxt Stokholmda İsveç Azərbaycanlıları Konqresi yeni futbol komandası yaradıb.
AzərTAc xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında azərbaycanlı futbol veteranı İqor Ponomaryov bildirib.
Onun məlumatına görə, komanda “Stokholm-Neftçi” adlandırılıb. İ. Ponomaryov qeyd edib ki, ilk addımlarını atan komandada futbolçular üçün yaş məhdudiyyəti olmayacaq.
Komandanın hələlik İsveçin hansı liqasında çıxış edəcəyi məlum deyil.