525.Az

Sabah Xalq şairi Qabilin yubileyi keçiriləcək


 

Sabah Xalq şairi Qabilin yubileyi keçiriləcək<b style="color:red"></b>

Sabah Azərbaycanın Xalq şairi Qabilin 90 illik yubileyi keçiriləcək.

Modern.az saytı xəbər verir ki, tədbir Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.

Xatırladaq ki, müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən olan Xalq şairi Qabil İmamverdiyev (Qabil) 1926-cı il avqustun 12-də Bakıda doğulub.

Uzun illər Azərbaycan Yazıçılar Birliyində Ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərib.

Xalq şairi bir sıra orden və medallara, o cümlədən, Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.

2007-ci il aprelin  4-də  Bakıda vəfat edib.

 





28.09.2016    çap et  çap et