525.Az

İlham Əliyevdən israilli həmkarına başsağlığı


 

İlham Əliyevdən israilli həmkarına başsağlığı <b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev israilli həmkarı Reuven Rivlinə başsağlığı verib.

525.az-ın məlumatına görə, başsağlığı mətnində deyilir:

“Hörmətli cənab prezident,

İsrail Dövlətinin keçmiş prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
 





28.09.2016    çap et  çap et