525.Az

"Qeysəriyyə kəsiyi ilə dünyaya gələn uşaqlarda nevroloji patologiyalar artır"


 

"Qeysəriyyə kəsiyi ilə dünyaya gələn uşaqlarda nevroloji patologiyalar artır"<b style="color:red"></b>

"Qeysəriyyə kəsiyi ilə dünyaya gələn uşaqlarda nevroloji patologiyalar artır".

"Report" xəbər verir ki, bunu Bakı Sağlamlıq Mərkəzinin direktor müavini Cəmilə Ağazadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, qeysəriyyə kəsiyi əməliyyatı üçün göstəriş olması vacibdir: "Tez doğulan uşaqlarda bir az geri qalmalar ola bilər. Amma onlarda nəsə ciddi problemlərin olacağını demək əvvəlcədən mümkün deyil".

Direktor müavini bildirib ki, son illər ölkədə qeysəriyyə əməliyyatlarının sayı azalıb:

"Təkcə Azərbaycanda yox, bütün dünya ölkələrində də qeysəriyyəyə qarşı addımlar atılır. Antenatal qulluğun normal aparılması qeysəriyyə kəsiyinin azalması ilə nəticələnib.

Mərkəzdə ana və uşaq sağlamlığı diqqət mərkəzində saxlanılır, ana və uşaq ölümü sıfır faizdir. Ağır patologiyası olan xəstələr də tam sağlam şəkildə evə yazılıb".­

 





28.09.2016    çap et  çap et