525.Az

Beynəlxalq rəqs müsabiqəsinin seçim mərhələsində Azərbaycan rəqsləri - Foto


 

Beynəlxalq rəqs müsabiqəsinin seçim mərhələsində Azərbaycan rəqsləri - <b style="color:red">Foto</b>

Cənubi Afrika Respublikasının (CAR) Pretoriya şəhərində “Dance Star” beynəlxalq rəqs müsabiqəsinin dünya turunun ölkə üzrə seçim mərhələsi keçirilib.

Afrika qitəsinin ən böyük yarışması hesab olunan müsabiqənin seçim mərhələsində Yohannesburq şəhərində yaşayan azərbaycanlı xoreoqraf Azər Mirzəyevin bədii rəhbərliyi altında ölkəmizin CAR-dakı səfirliyinin nəzdində fəaliyyət göstərən “Yurd” rəqs ansamblı bir neçə milli və klassik rəqslərimizlə təmsil olunub.

Cənubi afrikalı solistlərin “Lalələr” mahnısının sədaları altında ifa etdiyi rəqs nömrəsi münsiflər tərəfindən birinci yerə layiq görülüb və 2017-ci ildə Xorvatiyada təşkil olunacaq final mərhələsinə vəsiqə qazanıb. Müsabiqədə, həmçinin “Min bir gecə” və “Yeddi gözəl” baletlərindən ifa edilmiş parçalar müxtəlif nominasiyalar üzrə mükafatçılar sırasına düşüb.

Qeyd edək ki, “Dance Star” beynəlxalq rəqs müsabiqəsinin 2017-ci ildə keçiriləcək final mərhələsində 50-dən çox dövləti təmsil edən 55 mindən çox rəqqas iştirak edəcək və növbəti dəfə də milli rəqslərimiz “Yurd” ansamblı tərəfindən müsabiqədə uğurla təbliğ olunacaq.

 





28.09.2016    çap et  çap et