525.Az

Nərgiz Əliyarova Filarmoniyada konsert verdi


 

Nərgiz Əliyarova Filarmoniyada konsert verdi<b style="color:red"></b>

Sentyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına VIII Beynəlxalq Festivalı çərçivəsində Əməkdar artist, Bakı Musiqi Akademiyasının professoru, beynəlxalq müsabiqə laureatı Nərgiz Əliyarovanın solo konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı, bir sıra xarici ölkə bəstəkarlarının da musiqiləri səsləndirilib.

Gecədə pianoçunun Belçikanın "ETCETERA" şirkətində yazılan "Nərgiz Əliyarova Azərbaycan musiqisini ifa edir" adlı yeni kompakt diski təqdim olunub. Şirkət tərəfindən hazırda dünyanın müxtəlif ölkələrində həmin diskin satışı həyata keçirilir.

Gecədə alqışlarla qarşılanan müəllif, 3 musiqi diskinin Almaniyada və Hollandiyada yazıldığını və Belçikada disklərinin təqdimatının keçirildiyini söyləyib.

 





28.09.2016    çap et  çap et