525.Az

Nobel mükafatçısı Tibb Universitetində mühazirə oxudu


 

Nobel mükafatçısı Tibb Universitetində mühazirə oxudu<b style="color:red"></b>

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Nobel mükafatçısı, israilli professor Avram Herşko ilə görüş keçirilib.

Universitetdən 525.az-a verilən məlumata görə, görüşdə çıxış edən ATU-nun rektoru Gəray Gəraybəyli qeyd edib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə sabah paytaxtda başlayacaq V Bakı Beynəlxalq Humanitar Forumu həm Azərbaycan, həm də digər ölkələr üçün böyük önəm daşıyır. Artıq ənənəvi olaraq bu forum çərçivəsində bir çox qonaqlar, alimlər, tibb və digər sahələrdən olan mütəxəssislər Azərbaycana gəlir. Bizim cavan mütəxəssislərlə, rezidentlər və tələbələrlə görüşlər keçirirlər, diskussiyalar aparırlar.

Qeyd olunub ki, Avram Herşko digər israilli kimyaçılar Aaron Çexanover və İrvin Rouzla birgə 2004-cü ildə biokimya sahəsi üzrə Nobel mükafatına layiq görülüb.

İsrailli professor Avram Herşko ATU-nun fəxri qonağı adına layiq görülüb, diplomla və universitetin medalı ilə təltif edilib.

Professor AHerşko deyib: “Azərbaycanda Tibb Universitetində gənc həkimlərin, rezidentlərin arasında olmaq mənə çox xoşdur. Mən hazırda Hayfa şəhərində Rappaport İnstitutunun və Nyu-York Universitetinin professoruyam. Azərbaycan və İsrail balaca ölkələr olsalar da, beynəlxalq əlaqələr istiqamətində böyük işlər görürlər. İki ölkə arasındakı işgüzar münasibətlər inkişaf etməkdədir”.

Daha sonra Nobel mükafatçısı mühazirə oxuyub. Tədbir mühazirə ətrafında suallarla davam edib.

 





28.09.2016    çap et  çap et