525.Az

Ataol Bəhramoğlu Avropa Homer Şeir ve Sənət Mükafatına layiq görüldü


 

Ataol Bəhramoğlu Avropa Homer Şeir ve Sənət Mükafatına layiq görüldü<b style="color:red"></b>

Avropa Homer Şeir və Sənət Medalının builki sahibi Türkiyənin məşhur şairi, Azərbaycan əsilli Ataol Bəhramoğluna verilib.

525.az-ın CNN Türk-ə istinadən verdiyi məlumata görə, Brüsseldə yerləşən Avropa Homer Şeir və Sənət Medalı Heyəti bu dəfə mükafata şair Ataol Bəhramoğlunu layiq görüb.

Mükafat haqqındakı məlumatda A.Bəhramoğluya xitabən “Heyətimiz üçün siz seçkin bir türk şair və tərcüməçisi, eyni zamanda, beynəlxalq miqyasda böyük ədibsiniz, işlərinizdə humanizm və sənətkar müstəqilliyi görməkdəyik”, - sözləri qeyd edilib.

Mükafat və medal Şişli Nazim Hİkmət Mədəniyyət və Sənət Vəqfində təşkli edilən mərasimdə A.Bəhramoğluya təqdim olunacaq. Şairə mükafatı Avropa Homer Şeir və Sənət Medalı Heyətinin başqanı, şair Darius Lebioda təqdim edəcək.

Cavid QƏDİR

 





28.09.2016    çap et  çap et