525.Az

Türkiyə səfiri İqtisadiyyat Nazirliyində


 

Türkiyə səfiri İqtisadiyyat Nazirliyində <b style="color:red"></b>

İqtisadiyyat naziri Şahin MustafayevAzərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Türkiyə səfiri İsmail Alper Coşkunu qəbul edib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olduğu, əməkdaşlığın iqtisadiyyatın müxtəlif sahələrində uğurla davam etdiyi vurğulanıb. İki ölkə arasında arasında iqtisadi münasibətlərin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik ifadə edilib.

Ş.Mustafayev Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında səfirin səmərəli fəaliyyətini qeyd edərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

 

 





28.09.2016    çap et  çap et