525.Az

Hələbdə son günlər 100-dək uşaq ölüb


 

Hələbdə son günlər 100-dək uşaq ölüb<b style="color:red"></b> Suriyanın Hələb şəhərində gedən şiddətli toqquşmalar zamanı 100-dək uşaq ölüb, 220-dən çoxu yaralanıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Uşaq Fondundan bildiriblər.
 
“Hələbin şərq hissəsində uşaqlar sanki cəhənnəmdə yaşayır. Onların çəkdikləri əzabı təsvir etmək üçün artıq söz qalmayıb”, UNİSEF-in direktor müavini Castin Forsayt bildirib.
 
Təşkilatın bəyanatında bildirilir ki, sentyabrın 23-dən etibarən Hələbin şərqində 96 uşaq ölüb, 223-ü yaralanıb. BMT-nin hesablamalarına görə, Hələbin şərq hissəsində 250-275 min sakin yaşayır.
 





29.09.2016    çap et  çap et