525.Az

FHN qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı məlumat yaydı


 

FHN qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı məlumat yaydı<b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı məlumat yayıb.
 
525.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 28-də yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.
 
Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən ikisi azyaşlı olmaqla 17 nəfər xilas edilib.
 
Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparılır.
 





29.09.2016    çap et  çap et