525.Az

"Neft hasilatı 1 il müddətinə dondurula bilər"


 

"Neft hasilatı 1 il müddətinə dondurula bilər"<b style="color:red"></b> Sentyabrın 28-də Əlcəzairdə, beynəlxalq energetika forumu çərçivəsində keçirilən qeyri-rəsmi görüş zamanı neft hasilatının 6 aydan 1 il müddətinədək dondurulması müzakirə edilib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın neft sənayesi naziri Cabbar əl-Laibi bildirib.
 
“Görüşdə hasilatın altı, doqquz və bir il müddətinə dondurulmasına dair təkliflər səsləndi. Yekun qərar OPEC-ə üzv ölkələrin noyabrda baş tutacaq görüşündə verilə bilər”, deyə nazir bildirib.
 
OPEC ölkələri nümayəndələri Əlcəzairdə keçirilən qeyr-rəsmi görüşdə neft hasilatının dondurulmasına dair konsensusa nail olublar.

OPEC-in baş katibi Məhəmməd Barkindo neft hasilatının dondurulmasına dair razılaşmanı təsdiqləyib.

M.Barkindo bildirib ki, hasilatın sutkada 32,5-33 milyon barelədək məhdudlaşdırılmasına dair razılaşma əldə edilib.
 





29.09.2016    çap et  çap et