525.Az

İran neft hasilatını dondurmayacaq


 

İran neft hasilatını dondurmayacaq<b style="color:red"></b> İran neft hasilatını dondurmayacaq.
 
APA-nın Reuters agentliiynə istinadən verdiyi xəbərə görə, bu barədə Əlcəzairdə OPEC-ə üzv dövlətlərin qeyri-rəsmi görüşünün yekunlarını şərh edən İranın neft naziri Bican Namdar Zənqane bildirib.
 
Yekun təklifin təşkilatın noyabrda keçiriləcək toplantısında səsləndiriləcəyini deyən Zənqane qeyd edib ki, ölkəsi neft hasilatını dondurmayacaq.
 
OPEC-in prezidenti Məhəmməd Saleh əs-Sədanın sözlərinə görə, kartelə üzv ölkələrin hər biri üçün fərdi istehsal səviyyəsini təşkilatın nəzdində yaradılacaq xüsusi komissiya müəyyən edəcək. 
 
Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih isə bildirib ki,  İran, Liviya və Nigeriyaya maksimal səviyyədə neft hasil etməyə icazə veriləcək.
 
Qeyd edək ki, sentyabrın 28-də OPEC ölkələri neft hasilatının dondurulmasına dair razılığa gəliblər. Razılaşma noyabrın 30-da Vyanada OPEC-ə üzv ölkələrin keçiriləcəyi rəsmi toplantıdan sonra qüvvəyə minəcək.
 





29.09.2016    çap et  çap et