525.Az

"Su basmış yaşayış evlərindən 24 nəfər təxliyə olunub"


 

"Su basmış yaşayış evlərindən 24 nəfər təxliyə olunub"<b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı yeni məlumat yayıb.
 
525.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 28-də yağan yağışlar nəticəsində fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalmış insanların təxliyəsi və yollarda yağış sularının çəkilməsi işləri davam etdirilir.
 
“Hazırkı vaxta qədər təhlükəsiz ərazilərə üç nəfər azyaşlı olmaqla 24 nəfər təxliyə olunub”, məlumatda deyilir.
 





29.09.2016    çap et  çap et