525.Az

İlham Əliyev: “Gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq”


 

İlham Əliyev: “Gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq”<b style="color:red"></b> “İşğal amilinə baxmayaraq, Azərbaycan müstəqil dövlət kimi güclənir”.
 
APA-nın məlumatına görə, bunu V Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
 
O bildirib ki, Azərbaycan 25 il ərzində böyük inkişaf yolu keçib: “Bir neçə il əvvəl 155 dövlət bizə etimad göstərərək BMT-nin qeyri-daimi üzvü seçmişdi. Son 13 il ərzində Azərbaycanda 3 mindən çox məktəb, 600-dən çox xəstəxana tikilib. Məcburi köçkünlər üçün 90-dan çox qəsəbə salınıb, 250 mindən çox məcburi köçkünə yeni evlər verilib.

Azərbaycanın böyük valyuta ehtiyatları var, işsizliyin, yoxsulluğun azaldılması üçün ciddi addımlar atılıb. Azərbaycanda yoxsulluq və işsizlik 5 faiz həcmindədir. Biz fəxr edirik ki, 25 ildir müstəqil yaşayırıq. Taleyimiz öz əlimizdədir, heç kimdən asılı deyilik. Gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq”.
 





29.09.2016    çap et  çap et