525.Az

"Qərbdə elə jurnalistika yaradılıb ki..."


 

"Qərbdə elə jurnalistika yaradılıb ki..."<b style="color:red"></b> “Dünyada nifrətin artdığını görürük. Belə şəraitdə dinlərarası dialoqdan danışmaq çətindir. Bunun səbəbi bir-birimizdən uzaqlaşmağımızdır”.
 
APA-nın məlumatına görə, bu sözləri V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən panel müzakirələrində çıxış edən Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç deyib.
 
O bildirib ki, beynəlxalq kommunikasiyanın inkişaf etdiyi bir dövrdə müxtəlif xalqlar şovinist, millətçilik əhval-ruhiyyəsinə bürünür:

“Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində jurnalistikanın rolunu xüsusi qeyd etmək istəyirəm.

Prezident olduğum dövrdə qondarma jurnalistlərin dinlərarası və mədəniyyətlərarası dialoqa nə qədər ziyan vurduğunu görürdüm. İndi əsl jurnalistikadan danışmaq istəyirəm. Bu gün sosial şəbəkələrdə bəzi reklamçılar, hətta bəzi siyasətçilər özlərini bir məhsul kimi cəmiyyətə satmaq istəyirlər. Əsl jurnalistika isə insanları bir-birinə yaxınlaşdırmalıdır.

Prezident olduğum dövrdə əcnəbilərin daha çox Xorvatiyaya gəlməsini, xorvatların xarici ölkələrə getməsini təşviq edirdim. Çünki insanlar ölkələrə getdikcə həqiqətləri özləri görürlər”.
 
S. Mesiçin fikrincə, Qərbdə elə bir jurnalistika yaradılıb ki, yalnız sözdə müstəqildir: “Ancaq o jurnalistlər sahiblərindən daha çox əziyyət çəkir. Məsələn, BBC telekanalı Hələbdə durumun faciəli olduğunu, Rusiya telekanalı isə Hələbə humanitar yardımın gəlməsini göstərir. Əsl müstəqil jurnalistika hər iki halı işıqlandırardı. Təəssüf ki, bu gün belə jurnalistika cəmiyyəti manipulyasiya etməyə çalışır. Məsələn, Liviya hadisələri zamanı hadisələr bir rakursdan göstərilirdi”.
 
S. Mesiçin sözlərinə görə, Suriyada legitim hakimiyyətə qarşı beynəlxalq ictimaiyyətdə nifrət yaradılması üçün hətta 5 yaşlı uşaqlardan belə təbliğati məqsədlə istifadə edilməsi hallarına rast gəlinir:

“Ləyaqətli jurnalistikanın təşviqinə çağırıram. Jurnalistlərə azadlığın qaytarılmasını tələb edirəm.

Yuqoslaviya bu yaxınlara qədər vahid dövlət idi, sonra qanlı savaş oldu, dövlətlər ayrıldı. Bu qanlı savaşın təməlini siyasətçilərin sifarişi ilə jurnalistlər hazırladı. Biz bu gün Hantinqtonun sivilizasiyaların toqquşması nəzəriyyəsinin praktikada şahidi oluruq. Din siyasətdən ayrı olmalıdır. Jurnalistika isə peşəkar insanlar məşğul olmalıdır”.
 





29.09.2016    çap et  çap et