525.Az

"Həmsədrlər oktyabrın ikinci yarısında regiona səfər edəcəklər"


 

"Həmsədrlər oktyabrın ikinci yarısında regiona səfər edəcəklər"<b style="color:red"></b> ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcəklər.
 
APA-nın məlumatına görə, bu barədə xarici işlər naziri Elmar Məmmədyariv bildirib.
 
"Çox güman ki, səfər oktyabrın ikinci yarısında baş tutacaq. Səfərin tarixi dəqiqləşdirilir. Onlar həm Azərbaycan, həm də Ermənistana səfər edəcəklər", - deyə nazir qeyd edib.
 
E. Məmmədyarov Nyu-Yorkda həmsədrlərlə ayrılıqda görüşdüklərini xatırladıb: "Həmsədrlər hesab edirlər ki, işimizi davam etdirməliyik. Təklif etdilər ki, gələn ay regiona gəlsinlər. Ola bilsin ki, regiona səfərdən sonra prezidentlərin görüşü ilə bağlı hansına təkliflər irəli sürəcəklər".
 
Nazir Nyu-Yorkdan əvvəl Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdüyünü də diqqətə çatdırıb: "Prezidentlərin Sankt-Peterburq görüşündə də qeyd olunmuşdu ki, görüşlər keçirmək lazımdır ki, prosesi irəliyə aparaq".
 





29.09.2016    çap et  çap et