525.Az

2019-cu il üçün profisitli büdcə proqnozlaşdırılır


 

2019-cu il üçün profisitli büdcə proqnozlaşdırılır<b style="color:red"></b> Ortamüddətli büdcə proqnozlarına əsasən 2017 və 2018-ci illərdə icmal büdcəsinin kəsri azalacaq, 2019-cu ildən etibarən isə profisitli büdcə olacaq.
 
Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.
 
Qanun layihələrində qeyd olunub ki, ortamüddətli büdcə proqnozlarına əsasən dövlət və icmal büdcənin neft gəlirlərindən asılılığının azaldılması siyasəti davam etdiriləcək:

“Belə ki, 2017-ci il və sonrakı 3 il üçün hazırlanmış proqnozlara əsasən 2020-ci ildən başlayaraq dövlət büdcəsinin cari xərclərinin qeyri-neft gəlirləri hesabına ödənilməsi hədəflənir. Həmçinin, 2020-ci ildə ARDNF-un gəlirləri nəzərə alınmadan hesablanmış icmal büdcə kəsirinin ÜDM-in cəmi 6,9%-ni təşkil edəcəyi proqnozlaşdırılır”.
 





29.09.2016    çap et  çap et