525.Az

“Space” radiosunun yayımı axşam saatlarında bərpa olunacaq


 

“Space” radiosunun yayımı axşam saatlarında bərpa olunacaq<b style="color:red"></b> “Space” Müstəqil Televiziya və Radio Şirkətinin 104 FM radiosunun fəaliyyəti dayandırılıb.
 
Bu barədə APA-ya Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən məlumat verilib.
 
Məlumata görə, bu addım radionun borcu olduğuna görə atılıb.
 
Birlikdən bildirilib ki, bu, profilaktik tədbirdir, yayım bərpa edilə bilər: “Bizdə hazırda radionun fəaliyyətinin dayandırılması haqda qərar yoxdur”.
 
Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Toğrul Məmmədov APA-ya bildirib ki, yayımın dayandırılması profilaktik tədbirlə bağlıdır və axşam saatlarında yayım bərpa olunacaq.
 





29.09.2016    çap et  çap et