525.Az

Hava isti və küləkli olacaq


 

Hava isti və küləkli olacaq<b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamenti sabaha gözlənilən hava şəraitini açıqlayıb.

Departamentdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu , əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.Temperaturun gecə 6-11, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda  isə hava şəraitinin əsasən, yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 Temperaturun gecə 7-12, gündüz 18-23, bəzi yerlərdə 26 dərəcəyədək isti, dağlarda gecə 2-6, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

 





14.03.2013    çap et  çap et