525.Az

Rusiya xüsusi xidmət orqanları "Skype"ı dinləyir


 

Rusiya xüsusi xidmət orqanları "Skype"ı dinləyir<b style="color:red"></b>

Rusiya xüsusi xidmət orqanlarının "Skpye" üzərindən həyata keçirilən bütün danışıqları dinləyə bildiyi məlum olub.

"Vedomosti" qəzetinin xəbərinə görə, bəzi özəl şirkətlər danışıqları dinləndiyi üçün "Skype" üzərindən danışıq aparmır.

Kibercinayətlərlə mübarizə sahəsində mütəxəssis olan Group-İB şirkətinin baş direktoru İlya Saçkov qəzetə verdiyi açıqlamasında xüsusi xidmət orqanlarının bir neçə ildir "Skype"ı dinlədiklərini, eyni zamanda istifadəçilərin yerini də müəyyən edə bildiklərini söyləyib.

Qəzetə açıqlama verən digər ekspertlər isə Rusiya xüsusi xidmət orqanlarının çox vaxt məhkəmə qərarı olmadan dinləmə həyata keçirdiyini bildiriblər.

Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti bu haqda şərh vermək istəməyib.

TRT

 





14.03.2013    çap et  çap et