525.Az

Toy karvanlarının yaratdığı qəzalar (VİDEO)


 

Toy karvanlarının yaratdığı qəzalar <b style="color:red">(VİDEO)</b>

Dövlət Yol Polisi toylarda gəlin və bəy maşınlarının, onları müşayiət edənlərin yol hərəkəti qaydalarını kobud şəkildə pozması ilə əlaqədar sərt tədbirlər görmək qərarına gəlib. Söhbət ondan gedir ki, son zamanlar toy karvanlarının ümumi qaydaları tez-tez pozması yollarda çoxsaylı qəza vəziyyətlərinə səbəb olur.

Bu, yollarda süni sıxlıq yaradır, arzuolunmaz tıxacları artırır. Belə hallarda yollarda bütün istiqamətlərdə hərəkət zolaqları tutulur, işıqforun qırmızı işığına çox vaxt məhəl qoyulmur. Yol ayrıclarında yolu keçmə qaydaları pozulur, səs siqnallarından yersiz istifadə edilir.

Bəzən “toy karvanı” həddən artıq asta hərəkət edir ki, bu da yolda ləngimələrə gətirib çıxarır. Bütün bunlar insanlarda narahatlıq və haqlı narazılıq oyadır. Bir sıra hallarda toy karvanında avtomobillərinin nömrə nişanlarının üzərinə “xoşbəxt olun”, “toyunuz mübarək” kimi yazılar vurulur ki, bu da qanunun ciddi şəkildə pozulmasıdır. Əslində, belə hərəkətlər ciddi inzibati məsuliyyət yaradır.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru Elvin Məmmədlinin bununla əlaqədar bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 155.3-cü maddəsinə əsasən, bu sürücülər 40 manatdan 60 manatadək cərimələnir: “Bundan əlavə, toy karvanları təhlükəsizlik kamerası vasitəsilə də müşahidə edilir və müvafiq qayda pozuntuları qeydə alınaraq, tədbir görülür”.

 





14.03.2013    çap et  çap et