525.Az

Azərbaycanlı diaspor rəhbəri Yaponiya xarici işlər nazirinin köməkçisi ilə görüşdü


 

TƏDBİRDƏ İKİ ÖLKƏ ARASINDA ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİ, BİZNES MÜHİTİNİN İNKİŞAF ETDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ MÜZAKİRƏLƏR APARILIB

Azərbaycanlı diaspor rəhbəri Yaponiya xarici işlər nazirinin köməkçisi ilə görüşdü<b style="color:red"></b>

Sentyabrın 29-da Yaponiyanın Parlament binasında Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədri Əlibəy Məmmədov ilə Yaponiya xarici işlər nazirinin köməkçisi Takey Şunsuke görüşüb.

Görüş zamanı Azərbaycan-Yaponiya əlaqələri, biznes mühitinin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.

Ə.Məmmədov sürətli inkişaf yolu keçmiş, siyasi cəhətdən tam stabil və qüvvətli olan Azərbaycan Respublikasının siyasi sistemi, iqtisadiyyatı, yaponiyalı iş adamlarının ölkəmizə olan böyük marağı, kənd təsərrüfatı və turizm sahələrində iki dövlət arasında inkişaf etməkdə olan əməkdaşlıq haqqında məlumat verərək bildirib ki, Azərbaycanda Yaponiyaya böyük hörmət və ehtiramla yanaşırlar.

Diaspora rəhbəri vurğulayıb ki, son illər həm Xarici İşlər Nazirlikləri, həm İqtisadiyyat və Sənaye Nazirlikləri səviyyəsində ölkələrimiz arasında olan yaxınlaşma qarşılıqlı anlaşmaya söykənir.

Həmçinin qeyd olunub ki, bu istiqamətdə Yaponiyanın Azərbaycanda, Azərbaycanın Yaponiyada daha da yaxından tanıdılması işinə diaspora təşkilatı da böyük töhfələr verəcək.

Görüşdə Azərbaycan-Yaponiya biznes əlaqələri, Yaponiyanın Miyazaki prefekturası ilə Azərbaycan regionlarının əməkdaşlığı və bu işdə AVC şirkətinin bir nümunə olacağı vurğulanıb.

Müzakirənin sonunda Ə. Məmmədov T.Şunsukeni Azərbaycana səfərə dəvət edib.

T. Şunsuke isə öz növbəsində Azərbaycanın kifayət qədər cəlbedici dövlət olduğunu dilə gətirməklə şans yaranacağı təqdirdə böyük sevinc hissi ilə Azərbaycana səfər etmək fikrində olduğunu qeyd edib.

Ceyhun ABASOV

 





01.10.2016    çap et  çap et