525.Az

Vaşinqtonda İranın Qafqaz siyasəti müzakirə olunub


 

Vaşinqtonda İranın Qafqaz siyasəti müzakirə olunub<b style="color:red"></b>

Ermənistanın ABŞ-dakı səfirliyinin əməkdaşları bu ölkənin İrandan “humanitar yardım” aldığını etiraf ediblər

Vaşinqtonda Con Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Məktəbinin nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya-Qafqaz İnstitutu tərəfindən “İran və Qafqaz” başlıqlı toplantı təşkil olunub.
 
APA-nın xəbərinə görə, toplantıda region üzrə tanınmış ekspertlər Brenda Şafer və Aleks Vatanka, eləcə də Gürcüstanın ABŞ-dakı keçmiş səfiri Temuri Yakobavili əsas natiqlər qismində çıxış ediblər.
 
Natiqlər İranın ayrı-ayrı Qafqaz ölkələrinə münasibətdə yeritdiyi siyasətlər barədə məlumat verib, bu münasibətlərdə mühüm yer tutan məqamlara dair öz dəyərləndirmələrini təqdim ediblər. Eyni zamanda İranın Ermənistana göstərdiyi dəstəkdən söz açılıb, Ermənistan-Azərbaycan münaqişəsi kontekstində bu yardımın İranın hakim dairələrinin bayraq etdikləri dini ideologiya ilə uyğun gəlmədiyi qeyd olunub və Dağlıq Qarabağ münaqişəsinin qızğın illərində məhz bu dəstəyin ermənilərin dadına çatdığı ifadə olunub.
 
Toplantıda iştirak edən Ermənistanın ABŞ-dakı səfirliyinin əməkdaşları mütəxəssislərin fikirlərinə dair şərh verərkən Ermənistanın İranla münasibətlərini yüksək qiymətləndirdiklərini bəyan ediblər. Ən maraqlısı isə odur ki, erməni diplomatlar müharibə illərində Ermənistanın İrandan “humanitar yardım” aldığını etiraf ediblər.

 





15.03.2013    çap et  çap et