525.Az

"Real Madrid"ə azarkeşlik etdiyi üçün dostunu öldürdü


 

"Real Madrid"ə azarkeşlik etdiyi üçün dostunu öldürdü<b style="color:red"></b> İraqın Əl-Mədain şəhərində İspaniyanın “Barselona” klubunun fanatı “Real Madrid”ə azarkeşlik edən dostunu öldürüb.
 
Lent.az-ın “Al Zaman” nəşrinə istinadən verdiyi məlumata görə, fanat dostunu bıçaqladıqdan sonra bir neçə şahidin gözləri qarşısında başını kəsib.
 
İki azarkeş oyun avtomatları zalında mübahisə edib. Mübahisənin səbəbi məlum deyil. Zalda olanlar hadisədən sonra qatili ələ keçirərək polisə təhvil veriblər.
 
Qeyd edək ki, əvvəllər də İraqda “Real Madrid” və “Barselona” fanatları arasında münaqişə baş verib. 2012-ci ilin aprelində azarkeşlərin kütləvi davasında bir neçə insan ciddi zədə alıb.
 





15.03.2013    çap et  çap et